“Ömürdən ötən illər” kitabından - Cəlal  Yaquboğlu 

“Ömürdən ötən illər” kitabından - Cəlal  Yaquboğlu 
 

Payız fəssillərin ən müdriki, ən rəngarəngi, ən yaraşıqlısı, ən duyğusalı, ən həzini, ən ilhamvericisi, ən qəlbə yatanı, ən romantikidir. Payız elə bir fəsildir ki, bu fəsildə baharla son bahar, gəncliklə ahıllıq vəhdət təşkil edir. Bu mənada payız sanki, gələni qarşılayan, gedəni yola salan ANA Təbiətin sahibəsi kimi çıxır qarşımıza. Payız fəsil sayılsa da əslində bütün fəsillərdən fəqlənən özgə bir aləmdir. Payız yaradıcı insanlartın - şairlərin, rəssamların, bəstəkarların, müğənnilərin və digərərinin İlham Pərisidir. Payızda dünyaya gəlməsəm də bütün varlığımda bir payız ab-havası, payız həsrəti, payız həzinliyi, payız sızıltısı yaşayır. Bəzən mənə elə gəlir ki, payız bütün varlığıma hopub. Və ruhumdakı bu payız dünyasıdır məni yaşadan.

PAYIZIM, XOŞ GƏLDİN !

Payızım, xoş gəldin!
Xoş gəldin, Sarı gəlin.
Ver, isidim soyuq əllərini,
Gəl, darayım islanmış tellərini.
Payızım, xoş gəldin,
Xoş gəldin, Sarı gəliin!
Çəkirəm ciyərlərimə
nəmli nəfəsini.
İçirəm qurtum-qurtum
vüsal badəsini.
Dünyaya xəzəl səpir
qızıl donlu payızım.
Yağır qızıl rəngli
xəzan yağışları.
Payızıımın göz yaşları,
kəhrəbaya bənzəyir.
Kəhrəba boyunbağı tək
ağacları bəzəyir.
Payızım, xoş gəldin!
Xoş gəldin, Sarı gəlin!
Bilirəm,vallah bilirəm,
“Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər.
Səni mənə verməzlər,
Neynim, aman, neynim,,
Sarı gəlin".
Ver, əlini əlimə,
gəl qaçaq.
Qoşulaq durnalara,
Uçaq...
Uçaq...
Uçaq!

"Paralel.az"

0.017333984375