Hər qara ilmədən ağ tale çıxmır... - Hikmət Məlikzadə
Hər qara ilmədən ağ tale çıxmır,
Hər yalan fikirdə düz yoxdu, ayıl.
Həyat da şüşədi, çatdayır qəfil,
Salavat çəkməli üz yoxdu, ayıl.
Kiminsə əlimdə gözü var bəlkə?
Niyə hər sözünü fərman sanım ki?
Əgər bir anlıqsa eşq dediyin şey,
Onun harasını dərman sanım ki?
Könül tufan qopmuş dərə kimidi,
Sən niyə qalmısan tələmdə, gözəl?
Adam tabut olur can olmayanda,
Təsbeh də boş şeydi, ələm də, gözəl.
"Paralel.az"