2023-cü il Ermənistan tarixinin ən qaranlıq səhifəsi olub - Rusiyalı səfir

2023-cü il Ermənistan tarixinin ən qaranlıq səhifəsi olub - Rusiyalı səfir
 

2023-cü il müasir Ermənistanın tarixinin ən qaranlıq səhifəsi olub.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin iki ölkə arasındakı münasibətləri şərh edərkən deyib.

Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarının perspektivini şərh edən rusiyalı diplomat deyib ki, Moskva üçtərəfli bəyanatın şərtlərinə əsasən Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması istiqamətində səylərini davam etdirib.

“Moskva İrəvanla Bakı arasında əlaqələrin normallaşması istiqamətindəki istənilən təşəbbüsü dəstəkləyib. İki ölkə arasında sülhün nə qədər əziyyət tələbə edən və çətin olduğunu bildiyimizdən bu istiqamətdsə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - səfir qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.019608020782471