Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib

Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib
 

Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Paralel.az “Report”a istinadən xəbər verir ki, Zelenski Kanadanın Baş nazirinə əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün mərmilərin tədarükünə görə təşəkkür edib.

“Mən Castinə Ukrayna səmasının mühafizəsinin gücləndirilməsinə kömək etmək istəyinə, xüsusən də onlar üçün əlavə NASAMS sistemləri və raketlərin tədarükünə görə minnətdaram ”-deyə, o bildirib.

Zelenski həmçinin qeyd edib ki, o, Trüdo ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqları intensivləşdirmək barədə razılaşıb.

0.017816066741943