Bilirdinizmi? Sizin maraq dünyanız...

Bilirdinizmi? Sizin maraq dünyanız...
 

Elmi –texniki tərəqqinin ən möhtəşəm nümunəsi olan kompüter, internet, elektron poçt, sosial şəbəkələr və digərləri özü ilə həm də bir qucaq terminlər, simvol və işarələr gətirdi.Bu işarələrin içərisində ən qəribəsi, bəlkə də gülüş doğuranı isə adına “собачка”,yənu “it” dediyimiz bu işarədir @. Hazırda bu işarədən istifadə etmədən heç bir elektron poçt yaratmaq mümkün deyildir..Bəs görəsən heç də adı çəkilən heyvana oxşamayan bu @ işarəyə kim və nə üçün belə bir ad verib?
Əslində bu gün dürüst adı olmayan bu “@” işarə müxtəlif ölkələrdə müxtəlif adlar altında işlədilir bu da sanki bir zoopark təsəvvürü yaradır. Məsələ orasındadır ki, bu @ işarə yalnız Rusiyada, sabiq SSRİ vətəndaşları olan rusdilli əhali arasında belə adlanır. 1989 – 1990-ci illərdə yeni oyuncaqlar icad edilirdi. Onların arasında ekranda bu @ rəmzi işarə ilə peyda olan xususi bir oyuncaq da vardı ki, sonradan bu işarə elektron poçt -yəni e-mail rəmzi olaraq işlənməyə başladı.
Təsəvvür etmək çətin deyil ki, Avropa ölkələrində, yaxud okeanın o tayında yaşayan ingilis tanışınıza elektron məktub göndərmək istəyirsiniz. Və həmin məktubun sonundakı @ “it” işarəsini “dog” adlandırırsiniz. Bax, bu əsl həngamə olardı.Çünki, həmin ingilis dostunuz şəhadət barmağını gicgahına dayayıb fırladaraq sizin ağlınızın çaşdığını güman edərdi. Çünki bütün ingilis dilli əhali arasında bu @ işarə “pişik quyruğu” anlamında işlənir.
Maraqlı cəhət orasındadır ki, bu @ işarə Niderlandiyada yaşayanlar üçün də “quyruq” anlamındadır, lakin, bu məhz “meymun quyruğu” kimi qəbul olunub. Məsələn Polşada, Rumıniyada, Xorvatiyada isə məlum işarə sadəcə olaraq “meymun” anlamında qəbul edilmişdir. Fransızlar və italyanlar isə rusların “sobaçka” @ adlandırdıqları bu işarəyə sadəcə olaraq “ilbiz” adı veriblər. Macarlara görə isə məlum işarə “soxulcan” yaxud “sovka” anlamındadır.İsveçlilər və danimarkalılara görə isə məlum simvol “xortum”, özü də fil xortumu anlamında qəbul olunub.Yeri gəlmişkən qeyd edək ki, Danimarkada fil xortumuna xususi münasibət var ki, bu da xortumun ölkənin rəmzi olması ilə əlaqədardır.
Çində isə rusların “sobaçka”sını @ “siçanbala” adlandırırlar ki, bu işarə yaponlarda ”burulğan” anlamında işlədilir.Yəhudilər arasında isə məlum işarə, bizdəki fəsəliyə oxşadığı üçün “qoğalcıq” adlanır. Rusların”sobaçok”una serblər arasında ən orijinal münasibət ifadə olunub. Belə ki, serblər @ bu işarəni “quduz a” adlandırırlar.
Sonda qeyd etmək lazımdır ki, əslində bu işarənin əsl mahiyyəti sadəcə olaraq “at” kimi yazılaraq Beynəlxalq kommersiya simvolu hesab olunur.

Xarici KİV-lərdən topladı:
Cəlal Yaquboğlu

0.036673069000244