ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsini “qəbuledilməz” adlandırıb

ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsini “qəbuledilməz” adlandırıb
 

Birləşmiş Ştatlar çərşənbə günü Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Paralel.az xəbər verir ki, bu barədə Azərbaycanda daha bir jurnalist Şamo Eminovun həbsinə dair sualı cavablandıran Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Kanal 13” YouTube kanalının müəllifi Şamo Eminov dekabrın 22-də saxlanılaraq 3 ay 5 gün müddətinə istintaq təcridxanasına salınıb.

O, eyni nəşrin son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Dövlət Departamentinin sözçüsü çərşənbə günü Turanın Vaşinqtondakı müxbirinin sonuncu həbsə reaksiya barədə sorğusuna cavab olaraq deyib:

“Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu qəbuledilməzdir”.

0.073985815048218