“Fransanın Qafqaz siyasəti bütün cəbhələrdə iflasa uğrayıb” - Deputat

“Fransanın Qafqaz siyasəti bütün cəbhələrdə iflasa uğrayıb” - Deputat
 

Paralel.az xəbər verir ki, Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqlı olaraq Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etməsi rəsmi Parisin bölgədə pozucu fəaliyyətlə məşğul olduğunu və xarici siyasətdəki uğursuzluqlarını bir daha təsdiqləyib: “Yelisey sarayının xarici siyasətdəki uğursuzluqları eyni zamanda dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasındakı cəhdlərinin nəticəsiz qalması ilə də müşaiyət olunub.

Görünən budur ki, Fransanın Qafqaz siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb. Məlumdur ki, bu günlərdə Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransa agentura şəbəkəsi ifşa olundu. Bu ölkənin agentura şəbəkəsinin iflası uğursuzluqların davamıdır. Belə ki, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri barəsində isə araşdırma aparılır”.

Deputat qeyd edib ki, artıq Fransa Prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib: “Qafqazda Fransa agenturasının ifşa olunması bunun əsas səbəblərindən biridir. Sözügedən agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması Makron hakimiyyətinin növbəti fiaskosudur. Eyni zamanda Paris Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına maneə olmağa cəhd edir”.

K.Nurullayeva xatırladıb ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar: “Bu günün reallığı onu göstərir ki, Ermənistan Fransa tərəfindən silahlandırılsa da, revanşizmə açıq dəstək göstərilsə də Azərbaycanla danışaqlara getməkdən başqa çıxış yolu yoxdur”.

 

0.026846170425415