Ata olmaq istəyirsiniz? - 12 həftə bunu edin

Ata olmaq istəyirsiniz? - 12 həftə bunu edin
 

Monaş Universitetinin (Avstraliya) alimləri ata olmağa hazırlaşan kişilər üçün ən faydalı məhsulu müəyyənləşdiriblər.

Paralel.az publika.az-a istinadən xəbər verir ki, xüsusi araşdırma zamanı alimlər müəyyən ediblər ki, kişilər qida rasionuna qoz-fındıq əlavə etməklə həyat yoldaşlarını çoxdan gözlənilən hamiləlik anına yaxınlaşdıra bilirlər.

Mütəxəssislərin fikrincə, gündəlik 60 qramdan çox qoz-fındıq yemək kişilərdə cinsi gücü və spermanın keyfiyyətini xeyli artırır. Üstəlik, qoz-fındıq sayəsində sperma daha aktiv olur.

Eyni zamanda, bir çox cütlüklərin təcrübəsini və kişilərin sağlamlıq vəziyyətini öyrənən elm adamları uğurlu konsepsiya üçün hər iki partniyorun düzgün qidalanmasının vacib olduğu qənaətinə gəliblər.

Beləliklə, 12 həftə ərzində yalnız sağlam qidalar, o cümlədən gündəlik 60 qram qoz-fındıq yemək lazımdır.

Bu tədqiqatın müəlliflərinin fikrincə, belə bir pəhriz spermanın hərəkətliliyinə, canlılığına və morfologiyasına faydalı təsir göstərməyə kömək edəcək, nəticədə hamiləliyi sürətləndirəcək.

 

0.016144990921021