16 yaşlı qıza təcavüz edən şəxs polisdən qaçmaq istədi - VİDEO

16 yaşlı qıza təcavüz edən şəxs polisdən qaçmaq istədi - VİDEO
 

Türkiyənin İstanbul şəhərində 16 yaşlı qıza cinsi təcavüz etdiyi iddia edilən 19 yaşlı M.C.A. 20 dekabrda polis tərəfindən tutulub.

Paralel.az “Haberler.com”a istinadla xəbər verir ki, şübhəli tibbi rəy almaq üçün aparıldığı xəstəxanada polislərdən qaçmağı bacarıb.

O, daha sonra xəstəxana ilə üzbəüz evə girib. Vətəndaşların müdaxiləsindən sonra pəncərədən atılaraq yenidən qaçmağa çalışıb. Ayaqlarından tutulan şübhəli başqa bir nəfər tərəfindən çubuqla döyülüb.

Onun 42 müxtəlif cinayət qeydinin olduğu müəyyən edilib. Şübhəlinin polis bölməsində istintaqı davam edir.

Günay

 

0.10309600830078