İran bankının rəhbər şəxsi Azərbaycanda şirkət yaratdı

İran bankının rəhbər şəxsi Azərbaycanda şirkət yaratdı
 

“Melli İran” Bankının Bakı filialının rəhbər şəxsi yeni şirkət yaradıb.

Patalel.az-ın məlumatına görə, “Stone Supply Azerbaijan” MMC cari ilin oktyabrın 31-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 15 min manat, hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad ştq, Müşfiqabad Qəsəbəsi ev.4Q m.31-dir. 

Şirkətin qanuni təmsilçisi İbrahimov Anar Arif oğlu “Melli İran” Bankının Bakı filialının müdir müavinidir.

Çox maraqlıdır ki, İran bankının sahibi Azərbaycanda şirkət açmaqla hansı məqsədi güdür?

 

 

0.024658918380737