Paris yaxınlığında ana və dörd övladının meyiti tapılıb

Paris yaxınlığında ana və dörd övladının meyiti tapılıb
 

Fransanın paytaxtı Parisin yaxınlığındakı Mo şəhərində mənzildə beş nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə AFP şəhər prokuroruna istinadən bildirib.

“Actu17” portalının məlumatına görə, söhbət qadın və onun dörd övladından gedir. Onların ölüm səbəbi açıqlanmayıb.

Polis uşaqların 33 yaşlı atasını axtarır.

Faktla bağlı araşdırma aparılır.

 

0.016357898712158