Mübahisəyə son: "bir testlə öyrənmək mümkündür"

Mübahisəyə son:
 

Dünyanın harasına getsəniz, əksər ailələrdə səmimi, lakin qızğın mübahisə gedir: “Bizim uşağımız kimə daha çox oxşayır?”

Böyük Britaniya və ABŞ-də getdikcə daha çox istifadə edilən ev tipli DNT testləri indi sizə xüsusiyyətlərinizi hansı valideyndən miras aldığınızı söyləyir.

Üzümüzdəki çillər, əyri burnumuz və ya çəkik gözlərimiz və s. sevdiyimiz və ya bəyənmədiyimiz xüsusiyyətlərin arxasında ana və atalarımızın olduğunu hamımız bilirik. Ancaq bu, təkcə fiziki xüsusiyyətlərimizlə bağlı deyil.

Rəqs qabiliyyətindən tutmuş, yuxu rejiminə qədər bir çox vərdiş və hərəkətlərimizdə valideynlərimizin izləri var.

Valideynlər üçün vəziyyət bəzən böyük bir münaqişəyə çevrilə bilər. Uşaqlarının mənfi davranışlarında “Bu uşaq kimə oxşadı?” deyə üsyan edən valideynlər müsbət məqamlarda isə şirin rəqabətə girir və övladlarının xüsusiyyətlərinin onlardan miras qaldığını iddia edirlər.

“Dailymail”in araşdırması ilə artıq bu mübahisə sona çata bilər. Belə ki, yeni hazırlanmış genetik testlə insanlar hansı xüsusiyyətlərin kimdən miras qaldığını asanlıqla öyrənə bilirlər.

Evdə istifadəyə yarayan DNT testləri istehsal edən “Ancestry” şirkəti təqdim etdikləri yeni dəstlə insanlarda 40-dan çox xüsusiyyəti yoxlaya biləcəyini iddia edir. Yəni evdə sadə bir testlə hansı xüsusiyyətlərin sizə ananızdan, hansıları atanızdan keçdiyini öyrənə bilərsiniz.

Şirkətin müəyyən edə biləcəyi xüsusiyyətlərə yuxu rejimi, yemək vərdişləri, göz və saç rəngi, rəqs və fiziki fəaliyyət qabiliyyəti kimi seçimlər daxildir.

İnsanlar tüpürcək nümunəsini şirkətin evə göndərdiyi dəstlər vasitəsilə götürərək şirkətə geri göndərirlər. Araşdırma qrupu “SideView texnologiyasından” istifadə edərək DNT uyğunluqlarını tapmaqla işləyir. 

İngiltərədə sözügedən DNT testlərinin hazırkı qiyməti 94 funt sterlinq, yəni təxminən 203 manata bərabərdir.

 

 

 

0.072773933410645