Moldova qaz alışı üçün kredit götürmək qərarına gəlib

Moldova qaz alışı üçün kredit götürmək qərarına gəlib
 

Moldova qaz alınmaq üçün 165 milyon avro kredit götürmək qərarına gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, müvafiq sazişi respublika parlamenti ratifikasiya edib.

Moldova üçün pulu Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ayıracaq.

“Deputatlar “Enerji Təhlükəsizliyi” layihəsi çərçivəsində kredit və qrant haqqında sazişi ratifikasiya ediblər”, - məlumatda deyilir.

Bundan əlavə, Norveç hökuməti də bu məqsədlər üçün Moldovaya 34 milyon avro qrant ayırmağı planlaşdırır.

 

0.019551038742065