Tovuzda kürəkən qayınatasını bıçaqlayıb

Tovuzda kürəkən qayınatasını bıçaqlayıb
 

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

0.023104906082153