Firuz Mustafa - "Buz üstə yazılmış sətirlər"dən yazır...
* Sən özünü heç də unudulmuş və tənha hesab etmə. Daim kredit borcunu ödəyib başa çatdırmadığın bankın yaddaşındasan.
* Sən özün özünü məğlub edə bilsən, hamıya qalib gələcəksən. Döyüş rinqinə əvvəlcə özünü dəvət et, dostum.
* Sən Allah, dünyanın işinə bir bax: indi alçaqlar daha çox yüksək(lik)dən danışır.
* Sən bir vахtlаr vicdаnının və qəlbinin səsinə qulаq аsırdın. İndi isə təkcə öz mədənin səsini еşidirsən.
* Sən ağıllı kimi görünmək istədiyin vaxtlarda həmişə axmaq vəziyyətinə düşürsən.
* Sən bu ömrü nə üçün yаşаmısаn? Bu suаlа ölülər dаhа düzgün cаvаb vеrə bilər.
* Sən deyirsən ki, mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən isə deyirəm ki, Allahdan başqa hər kəsdən qorxuram.
* Sən nəyin və kimin tərəfindəsən: xeyirin yoxsa şərin? Yox, bu suala cavab verməzdən əvvəl sən nəyin xeyir, nəyinsə şər olduğunu özün üçün müəyyənləşdirsən yaxşı olar.
* Sən gələcəyə Hоmеrin gözü ilə bахırsan.
* Sən bütün itirdiklərini tapacaqsan, təkcə öz sifətindən başqa.
* Sən Vətənsən, mən də sənin vətəndaşınam; mən insanam, sən də mənim insandaşım ol.
* Sən çarpayida uzanib bu dunyanin butun mal- mulkunə sahib olmaq haqda dushunursən, mən isə dushunurəm ki, bu dunyada və o biri dunyada bir çarpayi boyda yer bəsimdir.
* Sən təkcə öz həqiqətinin yox, öz yalanının da dostu olsan, bu dünyada nə dostun olar, nə də düşmənin.
* Sən ona baxmısan, amma onu görməmisən.
* Sən həyatı sevərək qarşılasan, həyat da səni sevəcək.
* Sən deyirsən ki, mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən isə deyirəm ki, Allahdan başqa hər kəsdən qorxuram.
* Sən onu həyatdan məhrum edə bilərsən, ölümdənsə yox.
Sən və Sən
(essevari)
* Sənin mövcudluğunu sənin içində yaşadığın zaman deyil, sənin mövcudluğunu sənin öz içində yaşayan zaman müəyyən edir.
Sən unutma ki, səni səndən başqa bir “sən” də izləyir; sən özünə yox, özündən çox o “sən”ə inan.
Sən zamana onun xaricindən yox, yalnız öz içindən baxa bilsən, onda özgə bir zamanda yaşadığını dərk edə bilərsən.
Sən zamanı dərk etmək üçün əvvəlcə özünü dərk etməlisən; dünyanıdərk özünüdərkdən başlayır.
Sən (dünyaya) gələnlərə inanma, (dünyadan) gedənlərə inan.
Sən primitiv olma, sadə ol.
Sən qəliz olma, mürəkkəb ol.
Sən qorxaq olma, ehtiyatlı ol.
Sən özünəvurğun olma, özünə güvənən ol.
Sən axmaq və nadanlardan daha çox şey öyrənə bilərsən, ən azından onlara oxşamamağınla.
Sən pulla olan “əbədi davanın” konturlarını dəqiq müəyyən et.
Sən pulun qulu olsan, pul sənə ağa olacaq.
Sən pulun ağası olsan, pul sənin qəsdinə duracaq.
Sən pulun nə dostu ol, nə də düşməni, sən onun tanışı ol; onsuz da indi biz tanışlarımızın çoxuna “dost” deyirik.
"Paralel.az"