Müdafiə nazirinin keçmiş müavini vəfat etdi - FOTO

Müdafiə nazirinin keçmiş müavini vəfat etdi - FOTO
 

Azərbaycanın müdafiə nazirinin sabiq müavini Mehman Səlimov vəfat edib.

Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

0.012650012969971