Makiyajda təhlükə: görün nədən hazırlanırmış

Makiyajda təhlükə: görün nədən hazırlanırmış
 

Makiyaj rutininin əsas hissələrindən biri də şübhəsiz ki, süngərlərdir. Bəs dəri ilə təmasda olan bu süngərlər insan sağlamlığını necə təhdid edir?

Publika.az xəbər verir ki, aparılan araşdırmada istifadə edilən makiyaj süngərlərində dəri sağlamlığı üçün neqativ bakteriyalar müəyyən edilib.

Çanaqqala Onsekiz Mart Universitetində (ÇOMÜ) dəstəklədiyi layihədə qadınların makiyaja olan marağına əsaslanan qrup kosmetik məhsulların dəri sağlamlığına təsirini və tərkibində hansı mikroorqanizmləri ehtiva etdiyini araşdırıb.

Layihə çərçivəsində 18 yaşdan yuxarı 26 iştirakçıdan əldə etdikləri makiyaj süngərlərini laboratoriya şəraitində araşdıran qrup, bu məhsulların tərkibində dəri infeksiyalarına, iltihablı sızanaqlara, sızanaqlara səbəb olan mikroorqanizmlərin (bakteriya, maya və kif) olduğunu müəyyən edib. Hətta müyyən olunub ki, onlardan biri nəcisdən yaranıb. Kosmetik köməkçi məhsullar ilk mərhələdə steril istehsal olunsa belə, istifadə prosesində çirklənməyə məruz qalır.

 

0.024945020675659