"Asan xidmət"də əlil müharibə veteranını növbəyə durmağa məcbir etdilər - Şikayət
"Asan ximdət" rəhbərliyi əvvəlki cəlbediciliyini çoxdan unudub
Bir ovuc insanlığını itirib, həddini aşan gənc məmurların sanki əlinə fürsət düşüb. Ölkədə yaranmış qarışıqlıqdan sui-istifadə edən, hər cür eybəcərliyə əl atan, xalqa səmərəli xidmət adı altında fəaliyyət göstərən orqanlarından biri də "Asan xidmət" mərkəzidir.
Bu mərkəzlərdə çalışanlar lazımsız və yersiz qaydalar müəyyən edərkən heç kimdən çəkinmirlər. İrad tutub, doğru yola dəvət edəndə də, tutuquşu kimi, bir cümlə əzbərləyiblər "hara, istəyirsən get, de, əlin hara qəlbidirsə, ora qoy, heç vecimə də deyil"! - deyirlər...
Xalqa belə münasibət, belə xidmət, belə üzdəniraq məmur münasibəti olmaz! "Asan xidmət", "Dost mərkəzi", könüllülər" kimi, mərkəzlər elə gənclər yetişir ki, vay bundan sonra gələnlərin halına!
Azərbaycanda son zamanlar əlil, şikəst, müharibədə döyüşüb sağlamlığını itirmiş adamlara qarşı münasibət çox pis dəyişib. 3 saylı '"Asan xidmət" mərkəzində əlil, qoca, körpə uşaqlılardan, hətta Qarabağ müharibəsinin əlil, xəstə, qoca veteranlarından tələb edirlər ki, get, cavan, sağlam insanlarla bərabər nöbəyə dur!
Ən dəhşətlisi odur ki, bu sözü utanmadan qırmız şəkildə xalqın üzünə deyirlər! Xüsusən, gənc xanımlara bu cür hərəkət etmək yaraşmır, ən böyük dərd, bəla da, bax, budur!..
Məsələn, bu gün mən 72 yaşında Qarabağ müharibə veteranı 3 saylı "Asan xidmət" mərkəzində "Asan imza"nın vaxtını uzatmaq üçün getmişdim. Orada insanlara qarşı gördüyüm yarıtmaz münasibətin hələ də təsiri altındayam!
Müharibədə qazandığım ağır xəstəlikdən ikinci qrup əlil olmuş insan kimi hər iki vəsiqəmi 3 saylı "Asan xidmət"də nöbə yazan gənc xanıma, müharibə veteranı kimi növbədən kənar xidmət üçün müraciət etdim. Xanım veteran və əlillik vəsiqəmi götürüb pərdə arxasında oturub kiminləsə söhbət edən müdirəyə müraciət etdi. Müdir xanım, dərhal əsəbi halda ultimatum verdi: "gedin, adi növbə verin, getsin, dursun növbəsini gözləsin!..
3 saylı "Asan xidmət" mərkəzinin girişdə, göy pərdə arxasında oturub, rəfiqəsilə söhbət edən və ona müraciət edən işçinin əlində gördüyü müharibə veteranı və əlillik vəsiqəsinə bəslədiyi biganəlik məni hövsələdən çıxardı. Dözüm bitdi, səbrimi işə saldım. Müdir xanımın istehza dolu səsinin məndə yaratdığı gərginlik məni bərk silkələdi!..
Xeyli düşündüm, xəyalən əlimdə silah müharibədə düşmənlə döyüşdə yaşadığım çətin günləri və Şəhid döyüş dostlarımı xatırladım: "Görəsən, bu xanıma düşmənlə döyüşüb həlak olan döyüş yoldaşlarım, Şəhidlər nə deyərdilər", fikirinə daldım...
Xəyalımda 1991-1994-cü illərdə düşmən gülləsinə tuş gəlib, müharibədə vətən uğrunda şəhid olan vətənpərvər oğulların kresloda əyləşib, pürrəngi çay içən müdir xanıma verəcəyi sərt cavabı xatırladım! Nə deyəsən?!
Şəhid qardaşım sözsüz, müdir xanıma yəqin ki, deyəcəkdi ki, sənin biganə yanaşdığın müharibə veteranları, döyüşdə təsadüf nəticəsində düşmən gülləsinə tuş gəlməyib, sağ qalıblar, unutma, sonra ağır xəstəliyə mübtəla olanların vaxtı ilə çəkdiyi dözülməz zəhmət hesabına indi səninkimilər çox rahat yaşayırlar!
Amma sizlər onların müharibədə canından keçəməyə hazır olub, içdikləri şəhidlik şərbətinə, növbədən kənar xidmətə buraxmayıb, növbə gözlətməklə zəhər qatırsınız, əziz xanımlar və bəylər!
Abbas