Yeni ili belə qarşılayın - Məşhur astroloq

Yeni ili belə qarşılayın - Məşhur astroloq
 

Sayılı günlər qalan Yaşıl Taxta Əjdaha ilini necə qarşılamaq lazımdır ki, o, uğurlu olsun?

Rusiyalı məşhur astroloq Anna Kunitsina “Klops”a bu barədə danışıb.

“Şərq mədəniyyətində əjdaha qüdrətli varlıq hesab olunur, ona görə də süfrəni səxavətlə, zəngin şəkildə qurmaq vacibdir. Məkan gözəl və parlaq olmalıdır”, - astroloq qeyd edib.

Şənlik süfrəsi üçün balıq, dəniz məhsulları və ətdən istifadə etməlisiniz. Bununla belə, tərəvəz, meyvə və şirniyyatları unutmamaq vacibdir, menyu mümkün qədər müxtəlif olmalıdır.

Tərəvəzlər də xüsusi bir məna daşıyır. Onlar gedən ilin sahibinə - Dovşana təşəkkür etmək üçün istifadə olunur. Buna görə də menyuda yerkökü, kərəviz, kələm salatı daha uyğundur. Amma süfrədə dovşan əti olmamalıdır.

“Yeməklərin təqdimatına diqqət yetirmək vacibdir. Onları bəzəmək üçün çox çalışmağı unutmayın. Əjdaha səxavətinizi və səyinizi qiymətləndirəcək, sonradan ilin sizin üçün xoşbəxt olmasına əmin olacaq”, - deyə astroloq qeyd edib. (cebhe.info)

 

0.012841939926147