TƏBİB rəhbərliyi Prezidentin etimadını doğrultmur...
Çünki rüşvətxorluq TƏBİB-in bütün strukturlarını iflic edib
Ölkə Prezidenti Azərbaycanın xarici və daxili siyasətini uzlaşdıraraq gücləndirmək üçün lazım olan bütün şəraiti yaratdığı halda, bəzi sahələrə rəhbər təyin olunan kadrlar sahəyə ayrılan sərmayəyə uyğun olaraq xalqın rifahının yaxşılaşmasına kömək etmirlər. Bu, o sahə rəhbərlərinə addir ki, həmin sahələrə rəhbərlik edən kadrlar rüşvətxorluqla məşğuldurlar.
Cənab Prezidentin etimadını doğrultmayan, çirkli fəaliyyətilə xalqı dövlətdən narazı salan dövlət təşkilatlarından öndə gedəni hazırda bir də TƏBİB-dir.
Bu təşkilata rəhbərlik edənlər, xüsusən icraçı direktor Vüqar Qurbanovun haqqında xalqda formalaşan rəyə əsasən, bütün fəaliyyətini rüşvətxorluq əsasında qurub, desək, yanılmarıq.
Elə isə, gəlin, bir fakta müraciət edək. Çünki atalar yerində deyib ki, "ocaq yanmasa, tüstü çıxmaz"!
Xalqın, tibb müəssisələrində vicdanla çalışan, lakin başlarına min bir oyun açılan, hətta ondan tələb olunan qanunsuz tapşırıqlara əməl etmədiklərinə görə, işdən çıxarılan çoxsaylı insanların dedikləri arqumentlərlə sübut olunan TƏBİB-in icraçı direktoru Vüqar Qirbanovun rüşvətxorluğu barədə deyilən həqiqətləri hər gün media saytlarından oxuyuruq. Amma bu adam əlində "rüşvət almaq barədə izn lisenziyası" olan adam kimi, çox sərbəst şəkildə əməlini davam etdirir.
TƏBİB-in icraçı direktorunun rüşvətxorluğunu tam təsdiq edən çoxsaylı faktlar barədə mediada oxuduqca, adamın başının tükləri biz-biz olur, bu qədər rüşvətxor icraçı direktorun hələ də vəzifədə saxlanması xalqın dövlətə və dövlət başçısına inama mənfi təsir etməsi heç kimi maraqlandırmır.
Xalq, ziyalılar haqlı olaraq düşünür ki, Vüqar Qurbanov kimi hədsiz rüşvətxorun vəzifədə qalması hakimiyyət üçün bu qədər vacibdirmi ki, onun vurduğu ziyanın gətirdiyi "töhfə"ni niyə qəbul edir?!...
Vüqar Qurbanovun vəzifəyə irəli çəkdiyi rüşvətxor kadrlar o qədər hədlərini aşıblar ki, hətta heç nədən çəkinmədən ölkənin ikinci şəxsinin adını çəkməkdən belə zərrəcə çəkinmirlər!..
Məsələn, Bakı şəhər 3 saylı Sabunçu xəstəxanasına TƏBİB tərəfindən iyul 2023-cü ildə təzə təyin olunmuş direktor Nurəngiz Bəşirova kimi, Xocavənd rayon xəstəxanasının baş həkimi işləyərkən, 2016-2017-ci illərdə törətdiyi cinayət əməlinə görə, haqqında Ağcabədi rayon prokurorluğunda cinayət işi açılmış şəxs görün, APA-ya verdiyi müsahibədə nə deyir: "Məni vəzifəyə TƏBİB yox, Mehriban Əliyeva qoyub"!
Nurəngiz Bəşirova kimi cinayət törətmiş şəxsin özündən başqa, bu cür ifadə işlətməsinə heç bir ehtiyac yoxdur! Bu ifadəni dilə gətirən adamın Bakı şəhər 3 saylı Sabunçu xəstəxanasının direktoru kreslosunda hələ də əyləşməsi nə TƏBİB-ə, nə də hakimiyyətə ziyandan başqa fayda gətirmir!..
Şahnaz