G7 Rusiyanın 300 milyard dollarından istifadə planlarını müzakirə edir

G7 Rusiyanın 300 milyard dollarından istifadə planlarını müzakirə edir
 

G7 ölkələri Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş ehtiyatlarının bir hissəsini müsadirə etmək imkanlarını fəal şəkildə araşdırır.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

ABŞ-ın G7 komitələrində müzakirə edilən təklifinə görə, belə bir addım Rusiyanın təcavüzünü dayandırmaq üçün cavab tədbiri kimi beynəlxalq hüquqa uyğundur.

Vaşinqton hesab edir ki, Rusiya aktivləri ilə bağlı qərar qəbul etmək üçün “qısa müddət” var.

Eyni zamanda, əksər Avropa ölkələri hələ də investorların mənfi reaksiyasından ehtiyat edərək, vəsaitlərin birbaşa müsadirə edilməsinin əleyhinədirlər. Bununla belə, ABŞ və Aİ-də Ukraynaya yeni yardım paketlərinin təsdiqi ilə bağlı çətinliklər fonunda ehtiyatlardan istifadə ilə bağlı müzakirələr intensivləşib.

 

0.020790100097656