“Yuventus” transferlə bağlı danışıqlar aparır

“Yuventus” transferlə bağlı danışıqlar aparır
 

“Yuventus” klubu transferlə bağlı danışıqlar aparır.

Məlumata görə, klub hələlik transfer hədəfini müəyyənləşdirməyib, lakin “Şaxtyor”dan Georgi Sudakov və “Atletiko”dan Rodriqo De Paulun ətrafı ilə danışıqlar aparır.

“Yuventus”çular, həmçinin “Atalanta”nın yarımmüdafiəçisi Tön Kopmeynerslə də maraqlanırlar. Turin klubunun 25 yaşlı niderlandlı ilə maraqlanması hələ bu ilin fevralında məlum olub. Yayda “Atalanta” ona 50 milyon avro qiymət qoysa da, yanvarda bu qiymət 40-45 milyon avroya düşə bilər.
“Yuventus” Sudakov üçün 25 milyon avro ödəməyə hazırdır. Ukraynalı futbolçu bu mövsüm bütün turnirlərdə “Şaxtyor”un heyətində 17 oyun keçirib. Onun üç qol və bir məhsuldar ötürməsi var.

 

0.01089882850647