Binəqədi RİH-in sabiq başçısı İnqilab Nadirov 83 yaşında vəfat etdi

Binəqədi RİH-in sabiq başçısı İnqilab Nadirov 83 yaşında vəfat etdi
 

Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı İnqilab Nadirov bu gün vəfat edib.

Paralel.az xəbər verir ki, İnqilab Nadirov 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İnqilab Nadirov 1976-1988-ci illər ərzində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olub.

İnqilab Nadirov 25 aprel 1940-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, 1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olub.

İnqilab Nadirov “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqinda” konstitusiya aktınının qəbul edilməsində, yeni konstitusiyanın qəbul olunmasında, müstəqil Azərbaycan Respublikası dövlət rəmzlərinin hazırlanmasında və qəbul olunmasında, “Əsrin Müqaviləsi”nin bağlanmasında, yeni dövlət quruculuğunun bir çox qanun və qərarlarının hazırlanmasında və qəbul edilməsində, bir sözlə, Müstəqil Azərbaycan Dövlətinin yaradılmasında(bərpa edilməsində) bir millət vəkili kimi fəal iştirak edib.

Allah rəhmət eləsin!

 

0.09525203704834