“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum edib

“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum edib
 

“Hizbullah” Livan sərhədindən İsrail sərhədindəki 4 hərbi nöqtəyə “Burkan raketi” və müvafiq silahlarla hücum təşkil etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Bəhri, Şumira və Ramyadakı hərbi məntəqələrinin müvafiq silahlarla hədəfə alındığı bildirilib.

Əl Malikiyye hərbi məntəqəsinin yarım ton ağırlığında “Burkan raketi” ilə vurulduğu da bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında gedən qarşıdurmalarda 101 “Hizbullah” üzvü və 6 İsrail əsgərinin öldüyü açıqlanıb.

0.017230987548828