Artur Xaçatryan: Bakı Rusiya və Qərblə anlaşdı, İrəvan münaqişə meydanına çevrilir

Artur Xaçatryan: Bakı Rusiya və Qərblə anlaşdı, İrəvan münaqişə meydanına çevrilir
 

Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin təkcə ona arxalana bilməzsiniz, çünki hazırda hakimiyyətdə kimin olmasından çox şey asılıdır. 

Bunu Ermənistanın parlamentinin müxalifətçi deputatı Artur Xaçatryan Azərbaycanla sülh müqaviləsinin bağlanmasının xarici vəziyyətdən nə dərəcədə asılı olması ilə bağlı sualı cavablandırarkən bildirib.

Deputatın fikrincə, qlobal oyunçuların maraqlar balansından və ya ziddiyyətlərindən həm faydalana, həm də zərər çəkə bilərlər. 

“Azərbaycan yuxarıda qeyd olunan tərəflərin heç biri ilə münaqişəyə girmədən həm Qərb, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı bacarıb”, - Xaçatryan əminliklə qeyd edib.

Onun fikrincə, Ermənistan hakimiyyəti isə bu və ya digər tərəfdən faktiki olaraq heç bir geosiyasi bonus almadan ölkəni Moskva ilə kollektiv Qərb arasında qarşıdurma meydanına çevirib.

Mürtəza
Ölkə.Az

 

0.02321195602417