Əliyev buna görə seçkilərə getdi – Kolerovdan SENSASİON MÜSAHİBƏ

Əliyev buna görə seçkilərə getdi – Kolerovdan SENSASİON MÜSAHİBƏ
 

Azərbaycan müxalifətinin səsləndirdiyi fikirlər ciddi deyil – Kolerovdan seçkilər açıqlaması

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi elə yüksək səviyyədədir ki, ona qarşı hər hansı təhdid və ya təhlükə yoxdur.

Bunu rusiyalı politoloq Modest Kolerov erməni mediasına müsahibəsində deyib.

“Mən Azərbaycan müxalifətinin fevralın 7-nə təyin edilmiş seçkilərdə saxtakarlıqla bağlı səsləndirdiyi fikirlərə o qədər də ciddi yanaşmıram. Əliyev artıq qalib gəlibsə, niyə saxtakarlığa əl atmalıdır? İnsanlar onsuz da onu seçməkdən məmnun olacaqlar. Amma onun növbədənkənar seçkilərə getməsi, Əliyevin növbəti addımlar üçün mandat əldə etmək istəyindən xəbər verir. Və düşünməli və başa düşməlisiniz ki, o, hansı problemi həll etmək üçün bu mandatı əldə etmək istəyir”, - rusiyalı politoloq qeyd edib. 

Onun fikrincə, bu əsasən Zəngəzurla bağlı məsələdir: “Zəngəzur (Sünik) məsələsi hələ 30 il əvvəl Heydər Əliyevin qarşısına qoyduğu problemdir, yəni Türkiyə və Azərbaycanın birləşməsi problemini yenidən gündəmə gətirib.

Bu məsələ Bakı tərəfindən dəfələrlə gündəmə gətirilib. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də bununla bağlı 2 məsələni həll etmək məqsədi daşıyır. Birincisi, Naxçıvan üzərində 100 faiz nəzarəti təmin etməkdir. İkinci, dəhliz müəyyən edildikdən sonra isə Heydər Əliyev ideyasına, yəni Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq”.

O hesab edir ki, İlham Əliyevə seçkilər bu baxımdan lazımdır. 

Azərbaycanın Zəngəzurla bağlı planlarına toxunan rusiyalı politoloqun sözlərinə görə, Bakı İrəvanı almaq istəyir, amma Zəngəzuru alacaq, İrəvanda da deyəcəklər ki, Allaha şükür, hər şeyi götürməyib: “Bu ümumi metodologiyadır. Məndə belə bir təəssürat yaranıb ki, Əliyev Ermənistana hücum etməkdən qorxmur və çəkinmir. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil. Bu, şərti məsələdir”.

O deyib ki, İkinci Qarabağ müharibəsinədək Zəngəzurda 41-42 min yerli erməni yaşayırdı: “Müharibə zamanı 7 mini oranı tərk edəndən sonra haradasa 34-35 min erməni qalmışdı. İndi həmin ərazilərə Qarabağdan çıxan ermənilər yerləşib. Təbii ki, onlar da oradan gedəcəklər. Təsəvvür edirsinizmi, Zəngəzur dağlıq, nəhəng əraziyə malik olsa da, əhalisi azdır. Orada şəhərlərdən başqa heç bir yaşayış məntəqəsi yoxdur. Əhalinin oranı tərk etməsi davam edəcək”.


“Sizcə, orada ermənilərin yerinə azərbaycanlılar məskunlaşacaq” sualına gəldikdə ekspert deyib ki,  azərbaycanlıların geri qayıtması məsələsi təsadüfi qaldırılmır: “Müstəqil Ermənistanın 1920-ci ildə imzaladığı sonuncu beynəlxalq müqaviləni, Türkiyə ilə Aleksandropol müqaviləsini, sülh müqaviləsini xatırlatmaq istəyirəm. Türklərin qoyub getdiyi əraziyə baxın, Gümrü və İrəvan, Ararat vadisidir. 

“Ermənistan hakimiyyətinin elan etdiyi sülh sazişinin Aleksandropol müqaviləsinin təkrarı olacağını nəzərdə tutursunuz” sualına gəldikdə ekspert bildirib ki, ərazi baxımından müasir Ermənistanın sərhədlərindən danışırlar, burada heç bir şübhə yoxdur: “Amma Zəngəzuru saxlaya bilməyəcəklər, saxlamaq da istəmirlər. Zəngəzurun qalması üçün heç bir iş görmürlər. Üstəlik, orada Zəngəzurun qalması üçün kifayət qədər əhali də yoxdur. İnsanlar oranı tərk edib və tərk etməkdədirlər”. 

Politoloq hesab edir ki, Ermənistan zəif olduğundan bunun qarşısını ala bilməyəcək: “Digər tərəfdən isə Ermənistanda bu təhlükəyə qarşı heç bir daxili, psixoloji, siyasi reaksiya görmürəm. 

Bu gün müasir Ermənistanda yaşamaq üçün qlobal, böyük məqsəd yoxdur. Mən müasir Ermənistanda bu cür pafos hiss etmirəm, baxmayaraq ki, uzaqdan izləyirəm. İlk sual budur: nə üçün və nədən ötrü yaşamaq? İndi də təkrarlanan dəhşətli bir tarixi ənənə var: Osmanlı imperiyasında ermənilər daha çox şəhər xalqı olub, indi Türkiyəyə hər il 70-80 min erməni turist gedir, İstanbulda erməni küçəsi var. Gəlin əlimizi ürəyimizin üstünə qoyaq: əminsinizmi ki, ermənilər öz dövlətçiliyini qorumaq istəyirlər? Bu istiqamətdə düşünməyə başladım”. 

Müsahibə zamanı jurnalistlə müsahib arasında belə bir dialoq olub:

- Sən niyə belə fikirləşirsən?

- Rusiyada, Soçidə, Rostovda o qədər gözəl, varlı, xoşbəxt çoxüzvlü erməni ailələri var. Rostovda gəzirsən və görürsən ki, rusca danışan və o mühitdə özünü çox yaxşı hiss edən gözəl erməni gözəllərini görürsən. Təbii ki, bayramlarda erməni kilsəsinə gedirlər, amma məncə daha dili bilmirlər.

- Ermənistan tək qaldı, bu ağır vəziyyətdə nə Rusiya, nə də İran tərəfimizdədir...

- Paşinyan ümidini Fransaya bağlayıb. Düşünməyə başladım ki, Ermənistan ona dövlət olaraq lazım deyil... Nikol Vovayeviçin Zəngəzuru saxlaması, məndə belə bir təəssürat yoxdur. Ən pisi odur ki, alternativi yoxdur.

Mürtəza
Ölkə.Az

 

0.03134298324585