Bakı ilə İrəvan arasında danışıqlara ev sahibliyi etməyə hazırıq - Rusiya XİN

Bakı ilə İrəvan arasında danışıqlara ev sahibliyi etməyə hazırıq - Rusiya XİN
 

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

Bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır.

O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.

M.Qaluzinin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.

 

0.018033027648926