Ermənistanın mövcudluğu Azərbaycanla sülhdən keçir - Papoyan

Ermənistanın mövcudluğu Azərbaycanla sülhdən keçir - Papoyan
 

“Əgər biz Ermənistanı uzun müddət gücləndirmək, burada uzun müddət dövlətçiliyə malik olmaq istəyiriksə, bu yol birbaşa qonşularımızla dialoqdan keçir. Onların sülh müqaviləsinə ehtiyacı olduğu kimi, bizə də lazımdır. Fikrimcə, bu müqavilə burada uzunmüddətli sülh haqqındadır”. 

Paralel.az xəbər verir ki, bunu Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının rəhbəri Gevorq Papoyan deyib.

“Müqavilə imzalandıqdan sonra mən Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiya gətirəcək mühit görürəm. Bu, təkcə sülh deyil, həm də iqtisadi münasibətlərin inkişafı, rifah və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsidir”, - o bildirib.

Danışıqlar prosesində Azərbaycan tərəfinin tələblərinin təmin edilməsi üçün tədbirlər görülüb-görülməməsi ilə bağlı suala Papoyan cavab verib ki, bu məsələ ilə bağlı heç bir məlumatı olmasa da, sülh müqaviləsinin bağlanmasına hazırlıq zamanı revanş haqqında düşünmək məntiqsizdir, çünki qisas haqqında düşünən insanlar sülh müqaviləsi bağlaya bilməzlər.

Onun sözlərinə görə, sülhün son nöqtəsi sərhədlərin delimitasiyası və demarkasiyası,  sərhədlərdə əsgərlərin deyil sərhədçilərin olması, qarşılıqlı əlaqələrin bərpası və s deməkdir.

“Azərbaycan sülhə hazırdırmı” sualına Papoyan belə cavab verib: “Əgər Azərbaycan tərəfi saziş imzalayırsa, deməli, hazırdır”.

Mürtəza
Ölkə.Az

 

0.016754150390625