"Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar" - Səidə

 

Ailə qurduqdan sonra susqunluğunu ilk dəfə pozan Səidə Sultan "ARB" telekanalının "Maqazin plus" verilişinin "Balkanla gecə turu" na özəl  açıqlamalar verib.

Müğənninin xeyli çəki alması diqqətdan qaçmazkən, o, həyat yoldaşı ilə heç zaman görüntülənməyəcəyini bildirib:

"Bütün günü ikimiz evdə oluruq, işlərimi də mümkün qədər artıq evdən idarə edirəm. Ona görə də çəki almışam. Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar. Mənim heç sevmədiyim şeydir, gah əlini çəkib qoyurlar, gah saatını, gah üzüyünü. Mən bunları keçmişəm. Publikaya oynamaq mənə lazım olsaydı, zamanında edərdim bunu. İndiyə qalmışdı? Bu Allahın qismətidir, demək ki, qismət bu günəymiş. O elə insan deyil, belə hərəkətləri də sevmir".

 

0.020734071731567