Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var - YENİLƏNİB 

Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var - YENİLƏNİB 
 

Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

22:16

Göygöl rayon sakini toy mərasimində bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1972-ci il təvəllüdlü K.Əliquliyev Gəncə şəhərində keçirilən toy mərasimində bıçaqlanıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

0.016258001327515