Daha bir şahzadə vəfat etdi

Daha bir şahzadə vəfat etdi
 

Səudiyyə Ərəbistanı şahzadəsi Talal bin Əbdüləziz bin Bəndər bin Əbdüləziz Əl Səud vəfat edib.

Psralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Kral Məhkəməsi açıqlama verib. 

Medianın məlumatına görə, 62 yaşlı şəhzadə təyyarə qəzasında ölüb .

Səudiyyə Ərəbistanından verilən rəsmi açıqlamada isə şahzadənin ölüm səbəbi açıqlanmayıb.

Cənazə mərasiminin Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində keçiriləcəyi bildirilib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən açıqlamada Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus “F-15SA” təyyarəsinin qəzaya uğradığı və bütün təyyarə heyətinin öldüyü açıqlanıb. Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Turki Əl Maliki təyyarə qəzasının dekabrın 7-də günorta saatlarında baş verdiyini təsdiqləyib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Həmçinin Livanın “Əl Məşhəd” xəbər mənbəyi şahzadənin cümə axşamı səhər saatlarında “F-15” döyüş təyyarəsinin hava qüvvələri ilə təlim məşqi zamanı qəzaya uğraması nəticəsində öldüyünü iddia edib.

Bəhreynin Səudiyyə Ərəbistanına təlim uçuşu zamanı qəzaya uğrayan təyyarə ilə bağlı göndərdiyi başsağlığı mesajı da iddiaları gücləndirib.

Xatırladaq ki, ötən gün Avropanın 4-cü ən kiçik ölkəsi olan Lixtenşteyndə kral ailəsinin taxtına yeddinci namizəd olan şahzadə Konstantin 51 yaşında vəfat edib. 

Allahın yaratdığı bütün canlılar kimi Şəhazadələr də ölməyə məhkumdurlat. Kralların, şahzadələrin, qibleyi aləmlərin və cümlə bəşər övladının, məxluqatın ölümü qaçılmazdır...

Günay

 

 

0.018369913101196