WSJ: Kiyev öz silahlarını istehsal etməyə başlayacaq

WSJ: Kiyev öz silahlarını istehsal etməyə başlayacaq
 

"Ukrayna ABŞ Konqresində Kiyevə yardım haqqında qanun layihəsinin təsdiqi ilə bağlı çətinliklər fonunda Qərb silahlarından imtina etmək və özü istehsala başlamaq istəyir". 

Paralel.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr silah sənayesinin bərpasının illər alacağını təxmin edib. WSJ yazır ki, eyni zamanda, Qərb istehsalçılarının Ukraynada "ən müasir silahlar" istehsal etməsi ehtimalı azdır.

Nəşr əlavə edir ki, ABŞ-də Kiyevə yeni yardım paketinin təsdiqinə müqavimətin artdığı vaxtda yerli silah istehsalı xüsusilə vacibdir: "Qərbin silah ehtiyatları azalır və hələ münaqişənin sona çatması əlamətləri yoxdur".

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan daha əvvəl təsdiqləmişdi ki, Amerika administrasiyası Kiyevə yardım üçün ABŞ Konqresinin əvvəllər ayırdığı əlavə vəsaitin yekun xərcindən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü davam etdirə bilməyəcək.(iqtisadiyyat.az)

 

0.016339063644409