“Xüsusi hərbi əməliyyat bu halda davam edəcək" - Dmitri Peskov

“Xüsusi hərbi əməliyyat bu halda davam edəcək
 

“Rusiya Ukraynadakı məqsədləri üçün ilk növbədə siyasi və diplomatik vasitələrə üstünlük verir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qərb və Kiyevin bu üsullardan imtina edəcəyi təqdirdə xüsusi hərbi əməliyyatın davam edəcəyini bildirib:

"Bir daha təkrar edirəm, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Nə zaman Qərb və ukraynalılar bu üsulları rədd edəcək, o vaxt xüsusi hərbi əməliyyat davam edəcək”.

 

0.023339033126831