Dövlətimi demokratik dəyərlərdən üstün tuturam...

Dövlətimi demokratik dəyərlərdən üstün tuturam...
 

Bu yazını içimizdən çıxan satqınlar oxumasın...

VII əsrdən başlayaraq bəşəriyyəti müsəlman qanunları ilə halal yaşamağa yönəltməyə çalışan müsəlmanlara qarşı daim düşmənçilik edən, haramxor  xristianlar öz çirkin "işğal et, parçala, hökm sür" mahiyyətli əməldən əl çəkmirlər. Əksinə, imkan düşdükcə, müsəlmanlara, xüsusən də inkişaf etməkdə olan, dirçələn türk dövlətlərinə, o cümlədən Türkiyəyə və Azərbaycana qarşı çürük, yalan, cəfəng iddialar uyduraraq həyasız hərəkətlər edirlər.

Ötən əsrlərdə çox zəif, normal cəmiyyət halına gəlməmiş, hazırda isə dünyanın qeyri-bərabər inkişaf qanuna uyğun tərəqqi edən xristianlar Orta əsrlərdə böyük güc mərkəzləri kimi fəaliyyət göstərmiş Osmanlı imperiyasının və Səfəvilər dövlətinin dünyada göstərdiyi müsbət keyfiyyətlərinə kölgə salmağa çalışırlar.
Bu cür iyrənc yollarla türk millətindən və müsəlman ümmətindən qisas alacaqlarına inanan xristian dövlətləri çox ciddi cəhdlə çalışırlar. Düz 5 əsrdən çoxdur hər cür yalana, böhtana əl atırlar ki, dünyada birləşib, güclənmək istəyən müsəlman-türk dövlətlərini paçalayıb, istismar etsinlər.

Türk dövlətlərini işğal etmək və sümürmək məqsədinə arzu etdikləri səviyyədə çatmayan xristianlar, xüsusən ruslar, ingilislər, fransızlar, yunanlar erməni kimi qaraçı həyat tərzi sürən, vətənsiz məxluqlardan daim çirkin məqsədlər üçün istifadə ediblər. İndinin özündə də bu arzu ilə yaşayırlar. ABŞ, Fransa və Avropa Birliyi elan etdikləri bütün demokratik dəyərlərdən imtina etmələri göz qabağındadır. Demokratik dəyərləri dünyəvi yox, dövlətdaxili dəyərlərə çevirən bu dövlətlər, digər dövlətlərin üzərinə basqın edirlər...

Baxın, Rusiya çarı I Pyotrun vəsiyyətinə uyğun olaraq, XX əsrin əvvəllərində ruslar erməniləri İraqdan, İrandan, Türkiyədən və Yaxın Şərq ölkələrindən əraziyə köçürüb, oyuncaq Ermənistan dövlətini torpağımızda yaratdı. 1920-ci il Bolşevik işğalından sonra Azərbaycan ərazilərini Ermənistana verərək, onun ərazisini 9 min kv. km-dən 29 min kv. km-ə qədər böyütdülər. Hazırda erməniləri himayə edən Rusiyadan əlavə, ABŞ və Fransa da Ermənistanı silahlandırmaqla məşğuldur.

Türk Dövlətləri Təşkilatının (TDT) yaranması super güclərin yuxusunu ərşə çəkib. Onlar düşünür ki, TDT vasitəsilə güclənən Türkiyəni artıq saxta "erməni soyqırımı" ilə şərləmək çətin olacaq, oyuncaq Ermənistanı ondan 4-5 dəfə güclü olan Azərbaycan üzərinə hücum etməyə daha təhrik etmək mümkün olmayacaq. Ona görə də başqa vasitələrə əl atmağın uğurlu olacağını düşünərək, sapı özümüzdən olan "balta"lardan istifadə etmək yolu tutublar...

Bu hallar azmış kimi, xarici düşmən dövlətlər zaman-zaman ölkəmizə sızdırdıqları agentura şəbəkələrindən istifadə etməyə və hakimiyyəti ələ almaq uğrunda ölüm-qalım mübarizəsinə girişən sapı özümüzdən olan, lakin xarici düşmən dövlətlər tərəfindən maliyyələşdirilərək, idarə olunan qüvvələrdən istifadə etməyə başlayıblar...

Məsələn, "AbzasMedia" saytının təsisçisi, baş redaktoru və digər jurnalist qismində fəaliyyət göstərən şəxslərin müxtəlif cinayət törətməkdə şübhəli qismində həbs olunması dediklərimizə əyani sübutdur. Düzdür, həbs zamanı səhv hərəkətlərə yol verən hər hansı şəxs ola bilər, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində az da olsa, qeyri-peşəkar, peşə etikasına tam əməl etməyənlərin olması mümkündür...

Amma "AbzasMedia"nın əməkdaşlarının tənqidi yazılarına görə həbs olunmasını iddia edənlər ciddi səhv edirlər, hər bir jurnalistin sərbəst şəkildə yazdığı tənqidi yazıların, ölkədə saysız-hesabsız müstəqil "YouTube" internet televiziya kanallarının sərbəst, maneəsiz fəaliyyət göstərdiyi indiki halda, Azərbaycanda jurnalistin peşə fəaliyyətinə görə, həbs olunmasını iddia etmək absurddur və yuxarıda bəhs etdiyimiz düşmən dövlətlərin ölkəmizdə qalamaq istədikləri tonqala odun atmaq cəhdidir...

Bu, qətiyyən demokratiyanın əleyhinə getmək və ya ondan imtina etmək demək də deyil, öz dövlətini istənilən demokratik vasitədən daha çox sevməkdir!..
Dağıdıcı, meşşan əxlaqi dəyərləri üstün tutan, kişi ilə kişinin, qadınla qadının nigahına icazə verən, LGBT kimi islam əxlaqına zidd, islami dəyərlərə dərin nifrət bəsləyən və Müqəddəs "Qurani-Kərim"i yandıran, xristian əxlaqına yaramaz, müdhiş, qəbuledilməz əxlaqsızlığı gətirən,  təşviq edən istənilən demokratiyadan imtina etməyə hazıram!..

Bu mövqeyimi kim bəyənmirsə, öz işidir, zəhmət çəksin, getsin, bir stəkan sərin su içsin və yazını açıq gözlə, varsa, düşünmək bacarığına malik başla oxusun, nə demək istədiyimi doğru dərk etsin, elə düşünməsin ki, bu yazını yazanda, kimə isə yarınmışam, ölkəmizdə baş verən çoxsaylı haqsızlığa, cinayətə, məmur özbaşınalığına, rüşvətxorluğa, korrupsiyaya və bu cür mənfi hallara göz yummuşam! Əsla!

Özümü xöşbəxt sayıram ona görə ki, vacib olan bir məsələni çox yaxşı anlayıram: - Milli Dövlətimiz, Bayrağımız, Himnimiz varsa, deməli dünya xalqları içində Millətimizin imzası var! Bax, vacib olan əsas məsələ budur!..

Hakimiyyətə gəlincə isə, o gəldi gedərdir, istəsək də, istəməsək də, zaman keçdikcə, hakimiyyət yenilənəcək, dəyişəcək! Hakimiyyət də körpə uşaqlar kimi yıxıla-yıxıla, büdrəyə-büdrəyə böyüdüyü kimi, hakimiyyət də səhv edəcək, sonra düzəldəcək, düzələ bilməyən hakimiyyətdən gedəcək, yenisi gələcək və həyat beləcə, öz axarı ilə davam edəcək!

Amma bu çətin, gəlimli-gedimli dünyada Milli Dövlət qurmaq hər millətə nəsib olmur! Dövləti qurmaq bəlkə də asandır, amma onu qoruyub saxlamaq isə, çox çətindir! Uzun əsrlər boyu milli dövlətimiz olduğuna baxmayaraq, dövlətçilik tariximizi diqqətlə oxuyun, görün, dövlətimizi qorumaq üçün nə qədər qurbanlar vermişik və hələ bundan sonra da qurban vermək zorundayıq!..

Bir faktı həmişə unutmamalıyıq ki, dünyada 5 min millət və xalq yaşadığı halda, bu qədər millətlərin yalnız 200-dən bir qədər çoxu milli dövlətə malikdir!

Yazımı vətənpərvər, həkim olduğu halda, müəllimlik edərək, millətin savadlanması qayğısına qalan şair Abbas Səhhətin  "Vətən" şeirilə bitirirəm:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.

Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.

Tapdıq Abbas

0.085103988647461