Metroda və avtobuslarda oğurluq edən şəxs tutuldu

Metroda və avtobuslarda oğurluq edən şəxs tutuldu
 

Bakıda ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 53 yaşlı Muraz Bayramov müəyyən olunaraq saxlanılıb.

0.010724067687988