ABŞ və İsveç hərbi əməkdaşlıq barədə saziş imzalayacaq

ABŞ və İsveç hərbi əməkdaşlıq barədə saziş imzalayacaq
 

İsveç və ABŞ-nin müdafiə nazirləri Pol Yonson və Lloyd Ostin dekabrın 5-də Vaşinqtonda danışıqlar aparacaq.

Paralel.az TASS-a istinadən xəbər verir ki, bu bəarədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər hərbi əməkdaşlıq haqqında saziş (DCA, Defence Cooperation Agreement) imzalayacaqlar.

Xatırladaq ki, noyabrın əvvəlində Skandinaviya ölkəsinin KİV-i tərəflərin hərbi əməkdaşlıq haqqında saziş üzrə danışıqları yekunlaşdırdığını bildirmişdi. Belə ki, sözügedən əməkdaşlıq amerikalılara İsveçin bəzi hərbi bazalarına giriş imkanı təmin edir. Bazaların adları imzalanmadan sonra bəlli olacaq.

0.037939071655273