Dövlət Departamenti: Qəzzada Fələstin ərazilərinin sahəsi azalmamalıdır

Dövlət Departamenti: Qəzzada Fələstin ərazilərinin sahəsi azalmamalıdır
 

Birləşmiş Ştatlar hesab edir ki, Qəzza zolağında Fələstin ərazilərinin sahəsi münaqişə nəticəsində azalmamalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

“Beləliklə, dövlət katibinin üç həftə əvvəl Tokioda çıxışı zamanı çox aydın şəkildə ifadə etdiyi prinsiplərdən biri haqqında danışacağam. Məhz odur ki, Qəzza zolağının sahəsində heç bir azalma olmamalıdır” – diplomat ABŞ-nin İsraillə Qəzza zolağı arasında bufer zonaların yaradılmasını dəstəkləyib-dəstəkləmədiyinə dair suala cavab verərkən qeyd edib.

0.017806053161621