Dünyanın ağlasığmaz işgəncələr verən həbsxanaları: ədalətsizliyin simvolu olan ABŞ Quantanamosu

Dünyanın ağlasığmaz işgəncələr verən həbsxanaları: ədalətsizliyin simvolu olan ABŞ Quantanamosu
 

Yəqin ki, dünyanın bir çox ölkələrində həbsxanalarda işgəncələr verilməsi, zorakılıq və s. hallarla bağlı eşitmisiniz.

Təəssüf ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq dünya ölkələrinin bir çoxunun islah müəssisələrində hələ də olmazın işgəncələr görən minlərlə insan var.

Paralel.az dünyadakı ən təhlükəli həbsxanaların siyahısını təqdim edir: 

Dünyadakı ən təhlükəli həbsxanalardan biri Gürcüstanda yerləşən Qldani həbsxanası olub.
2012-ci ildə Gürcüstanın milli telekanallarının məhbusların həbsxana əməkdaşları tərəfindən zorlanması, işgəncələrə məruz qalması və döyülməsinin görüntülərini yaymasından sonra etirazlar başlayıb. Nəticədə məhbuslara işgəncə verən mühafizəçilər cinayət məsuliyyətinə cəlb edilib. 

Şimali Koreyada qəddarlığı ilə populyarlaşan 22-ci düşərgədə də insan hüquqlarının pozulması və sadist zorakılıq halları olub. Məlumata görə, burada hər il 1500-2000-dən çox insan, əsasən uşaqlar da daxil olmaqla, qidalanmadan ölüb, məhkumlara asılma, su, qutu və diz çökdürmə işgəncələri edilib. Onlar həm də tibb işçilərinin qurbanı olublar.
Bu islah müəssisəsinin 2012-ci ildə bağlandığı bildirilsə də, Şimali Koreya hökuməti belə həbsxananın mövcudluğunu inkar edirdi. 

ABŞ-nin Kaliforniya ştatında yerləşən San Quentin həbsxanası çox sayda silsilə qətllər törədən şəxslərin və təcavüzkarların saxlanıldığı yerdir. Bura qaz kamerası və ölüm hökmü olan yeganə müəssisədir. 

Dünyanın ən təhlükəli siyahısına Rusiyada yerləşən 4 islah müəssisəsi də daxildir.
Bunlardan biri Rusiyada ən qəddar cinayətkarların, terrorçuların, təcavüzkarların, adamyeyənlərin və pedofillərin məskunlaşdığı Qara Delfin Həbsxanasıdır.
Məlumata görə, burada məhkumlara 16 saat uzanmağa və çarpayılarında oturmağa belə icazə verilmir. 
Rusiyadakı Petak adası həbsxanasında isə məhkumların 22,5 saat kiçik iki nəfərlik kameralarda, qalan 1,5 saat isə qəfəslərdə saxlanıldığı bildirilir. Məhkumların təhsil almasına icazə yoxdur, ildə yalnız iki dəfə qısamüddətli görüş hüququ var, sanitar qovşaqlardan məhrum edilir və dözülməz işgəncələrə məruz qalırlar.
Ruandada yerləşən və əvvəllər Qitarama kimi tanınan Muhanqa həbsxanası təhlükəli dərəcədə izdihamlı olması və qeyri-insani şəraiti ilə məşhurdur. Muhanqa adamyeyənlik hallarının qeydə alındığı yeganə həbsxanadır.
Salvadordakı Siudad Barrios(vurğu i-də) həbsxanasında da vəziyyət o qədər təhlükəlidir ki, 1 məhbusa 50 mühafizəçi düşür.
Argentinanın Mendoza həbsxanasında isə məhkumların hər biri 4 kvadratmetr olan kameralarda saxlanılır, döşəksiz yerdə yatır, təbii ehtiyaclarını plastik torbalara və butulkalara ödəyirlər. 
Kubada yerləşən Amerikaya məxsus Quantanamo həbsxanası məhbuslara müntəzəm işgəncələr verməsi, onları suda gəzintiyə məcbur etməsi, cinsi zorakılığa məruz qoyması və s. qeyri-insani davranışları ilə məşhurlaşıb. 
Bu həbsxana Əfqanıstanda ələ keçirilən Taliban və Əl-Qaidə şübhəlilərinin yerləşdirilməsi üçün tikilib. 2002-ci ildə ilk məhbuslar Quantanamoya gəldikdən sonra Buş administrasiyası onların heç bir hüququ olmadığını qərara almışdı, lakin sonradan bu dəyişdirildi.
2003-cü ilin avqust ayı ərzində 23 məhbus özünü öldürməyə cəhd edib.
Bu dəhşətli düşərgədə saxlanılanların ən kiçiyi 15 yaşlı yeniyetmə olub. Quantanamodakı məhbuslar mühakimə edilmədən saxlanılıb. 90 faizindən çoxu, yəni 730 kişi illərlə işgəncələrə məruz qaldıqdan sonra barələrində heç bir ittiham irəli sürülmədən azad edilib.
Bura bəlkə də dünyanın ən bahalı həbsxanasıdır. Çünki məhbusun saxlanması ABŞ-yə ildə 445 milyon dollara başa gəlir. Bu o deməkdir ki, hər məhbusa görə gecəyə 29 min dollar xərclənir.
Barak Obama Prezident seçiləndən sonra həbsxananı bağlayacağına söz versə də, bu günə qədər qapadılmayıb.
17 ildir fəaliyyət göstərən Quantanamo dövrümüzün ədalətsizliyinin simvoludur.

0.012953996658325