İndoneziyada vulkan püskürməsi nəticəsində alpinistlər həlak oldu

İndoneziyada vulkan püskürməsi nəticəsində alpinistlər həlak oldu
 

İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürməsi nəticəsində 11 alpinist həlak olub.

Bu barədə Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri məlumat verib.

Həmçinin itkin düşən 12 alpinistin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

Əyalətin paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-sinin xilas edildiyini, onlardan 8-nin bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. 

Qeyd edək ki, "Sakit okean atəş halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

 

 

0.014517068862915