"Cəmiyyətimiz aliment ucbatından bərbad vəziyyətə gəlib, ləğv olunsun!" - VİDEO

 

"Çox xahiş edirəm ki, ölkəmizdə aliment ləğv olunsun. Bilirsiniz niyə? Çünki bu gün xüsusilə də qadınlar alimentdən sui-istifadə edirlər".

"Paralel.az" xəbər verir ki, bu fikirlər sosial şəbəkələrdə yayılmış videomüraciətdə öz əksini tapıb. Sözügedən təkliflə çıxış edən xanım bildirib ki, tərəflər ailə qurduqdan dərhal sonra valideyn olmağa tələsməməlidirlər:

"Təsəvvür edin ki, bir qadın boşanıb, yanında da bir uşaqla evlənib boşanmış və 2 uşağın alimentini ödəyən bir kişiyə ərə gedir, üstəlik, ondan da dünyaya 2 uşaq gətirir. Kişini uşaqlara görə şantaj edir. Kişi bezir evdən qaçır, qadın evli ola-ola məhkəməyə qaçır aliment tələb etməyə. Kişi əxlaqını itirmiş qadınla yaşamağa məcbur olur ki, çarəsizəm. Bu səbəbdən də ölkədə ailə münaqişələri və cinayətləri çox baş verir və artmaqdadır. 

Əgər bu gün aliment ləğv olunsa, kişilər, xüsusilə də qadınlar düşünər ki, sabah ayrılsa, uşaqlara baxa bilməyəcəyəm. Kişi də həmçinin düşünəcək ki, anası atıb getsə, təkbaşına uşaqlara baxa bilməyəcək. Ona görə də normal həyatlarına davam edəcəklər. 

Bu gün çox ailələr dağılır. Həm kişi qadını, həm də qadın kişini şantaj edir. Uşaqlar artıq ortada "silah" kimi istifadə edilir. Bəzən hər iki tərəf alimenti alıb heç uşağı digər tərəfə göstərmir. Deyir ki, uşaq üçün gün al, saatla gör, amma kişi uşağın alimentini ödəyir. Yəni bu şeylər aradan qaldırılmalıdır. 

Ata-analar uşaqlar üzərində hakimiyyət qurub onları "silah" kimi istifadə etməmələri üçün, sağlam gələcək üçün aliment ləğv olunsun. Bu olsun ki, valideynlər tanımadığı insanlara "ər olsun" deyib qız verməsin, ya da qadın getdiyi kişidən 5-6 uşaq dünyaya gətirib çarəsiz qalanda, kişi qaçıb alimenti ödəməyəndə dövlətdən sosial yardım, uşaq pulu istəməsin. Yəni ayağınızı yorğanınıza görə uzadın! Dünyaya baxa biləcəyiniz uşaqlar gətirin! 

Xüsusilə də oğlanla qızın valideynləri buna diqqət etməlidir. Ümumiyyətlə, məcbur deyil ki, təzə evlənən kimi uşaq olsun. İnsanlar 3 il bir-birlərinə öyrəşsinlər görək, yola gedə bilirlərmi?! Ondan sonra uşaq dünyaya gətirsinlər. Niyə məcbur edirsiniz ki, təcili şəkildə uşaq dünyaya gəlməlidir?Sonra da "uşaq olsun" deyən ailələr kənara çəkilir. O deyir "özün bax", bu deyir "özün bax". Oğlanla qızın valideynləri deyir ki, "bizlik deyil". Nəticədə valideynlər bir-birinə düşmən olur, uşaqlar travmalı böyüyür. Cəmiyyətimiz aliment ucbatından bərbad vəziyyətə gəlib",- deyə o əlavə edib.

 

0.015305995941162