Dünyanı xilas etmək üçün 30 milyardlıq fond yaradıldı

Dünyanı xilas etmək üçün 30 milyardlıq fond yaradıldı
 

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qlobal iqlim həllərinin həyata keçirilməsinə həsr olunacaq 30 milyard dollarlıq yeni fondun yaradıldığını açıqlayıb.

Bu haqda BƏƏ Prezidenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin açılış mərasimində deyib:

“Mən qlobal iqlim həlləri üçün 30 milyard dollarlıq fondun yaradılmasını elan etməkdən məmnunam”.

Prezidentin sözlərinə görə, yeni fondun yaradılması iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsində “boşluğu aradan qaldırmaq” zərurətindən irəli gəlir. Bundan əlavə, prezident qeyd edib ki, təşəbbüs 2030-cu ilə qədər 250 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır.

COP28 sammitində iştirak edən ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyindən itki və zərəri kompensasiya etmək üçün fond yaratmaq haqqında sazişi təsdiqləyiblər. Yeni saziş həssas ölkələrdə quraqlıq, daşqınlar və dəniz səviyyəsinin yüksəlməsi nəticəsində yaranan zərərin öhdəsindən gəlməyə kömək etmək üçün xüsusi maliyyə mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur.

 

0.015781879425049