ABŞ-da neft hasilatı dünya rekordu qırdı

ABŞ-da neft hasilatı dünya rekordu qırdı
 

Sentyabr ayında ABŞ-da neft hasilatı aylıq ifadədə 6 ayda maksimum - 1,7 faiz artaraq sutkada 13,24 milyon barelə çatıb.

Bu barədə məlumatı ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) açıqlayıb.

“Financial Times” ABŞ-ın sentyabrdakı neft hasilatını dünya tarixində ən yüksək göstərici adlandırır.

Texasda sentyabrda neft hasilatı son beş ayda ilk dəfə - 0,1 faiz azalaraq iyul ayından bəri minimuma enib – gündə 5,57 milyon barel. Nyu-Meksikoda hasilat 1,1 faiz artaraq 1,82 milyon barelə, Şimali Dakotada isə 6,5 faiz artaraq 3,5 ildə maksimum - 1,3 milyon barel təşkil edib.

 

0.094979047775269