Arutyunyan: Ermənistanın güc vektoru nə Qərb, nə də Rusiyadır, Ankara və Bakıdır

Arutyunyan: Ermənistanın güc vektoru nə Qərb, nə də Rusiyadır, Ankara və Bakıdır
 

Hazırda Ermənistanda siyasi proseslərin harasa aparacağı siyasət yoxdur və bu, hakimiyyətin ardıcıl siyasətinin səviyyəsinin aşağı salınması nəticəsində formalaşıb. 

Paralel.az xəbər verir ki, bunu erməni ekspert Ovanes Arutyunyan “Alternativ layihələr” qrupunun təşəbbüsü ilə keçirilən “Ermənistandakı siyasi proseslər hara aparır?” mövzusundakı çıxışında qeyd edib.

Onun sözlərinə görə, müxalifət qüvvələri nə qədər siyasi müstəvi yaratmağa çalışsalar da, ən yüksək siyasi postları tutanlar öz siyasətini "xuliqan səviyyəsində" təsəvvür edirlər. 

“Ermənistan uçuruma doğru gedir və bu hökumətin vəzifəsi milli simasını dəyişməkdir. VII sinif “Ermənistan tarixi” dərsliyi buna sübutdur. Ermənistanın güc vektoru Qərbdə və ya Rusiyada deyil, Türkiyə və Azərbaycandadır”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.015799999237061