70 yaşlı qadın ana oldu: "hər kəs mənə xor baxırdı"

70 yaşlı qadın ana oldu:
 

Uqandada ekstrakorporal mayalanma müalicəsi alan 70 yaşlı Safina Namukvaya bir oğlan və bir qız əkiz uşaq dünyaya gətirib. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Uqandanın paytaxtı Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası məlumat verib.

Safina illərdir ana ola bilmədiyi üçün ətrafdakıların ona xor baxdığını deyib.

Körpələrinin səhhətində heç bir problem yoxdur.

Doğumun təkcə tibbi bir uğur olmadığı, həm də insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu bildirilib.

Günay

 

0.022701978683472