Bakıdakı dünya çempionatında 250-yə yaxın güləşçi mübarizə aparacaq

Bakıdakı dünya çempionatında 250-yə yaxın güləşçi mübarizə aparacaq
 

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək güləş üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə beynəlxalq nüfuzlu yarışın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, mundialın ən yüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə qeyd olunub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilmiş uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı bildirilib.

Güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak edəcəyi vurğulanıb.

Dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, Italiya, İsveçrə, İran, Belarus, Rumıniya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniyadan 176 kişi və 46 idmançı mübarizə aparacaq. Ümumilikdə 400 nəfərə yaxın nümayəndə heyətinin qatıldığı yarışı 12 beynəlxalq dərəcəli hakim idarə edəcək.

Sonda yarışların keçirilməsinə dair bütün texniki məsələlərin nəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davam etdirildiyi bildirilib, çempionatda mübarizə aparacaq idmançılara müvəffəqiyyətlər arzulanıb.

Qeyd edək ki, yarışlara giriş sərbəst şəkildə həyata keçiriləcək.

 

0.02364706993103