Yasamal RİH-də vətəndaşlarla keçirilən "pakazuxa" görüşlərin faydası nədir?
Yasamal RİH-in təşkil etdiyi "vətəndaşlarla görüşlər" əsasən, məktəblərin binalarındakı iclas zallarında keçirilir.
Görüşlərdə əsasən, Yasamal RİH-in aparat işçiləri, məktəb direktorları, görüş keçirilən məktəbin müəllimləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edir.
Quş qoymaq və Prezident Administrasiyasına hesabat vermək üçün hər həftə bu cür keçirilən saxta tədbirlərin adını da qoyurlar RİH-in "vətəndaşlarla görüşü"...
Yasamal RİH-in başçısı Elşad Həsənovun icra başçısı kimi, fəaliyyəti barədə yox, fəaliyyətsizliyi haqqında danışmaq olar, çünki E. Həsənovun rayona rəhbərlik işi yoxdur. Bu insan rayon ərazisində bütün satmaq mümkün olan əraziləri rüşvətlə sənədsiz satıb.
Rayonda başçının özünün çoxsaylı ticarət obyektləri var, aparat işçiləri də başçının hərəkətlərini təkrar edirlər.
Hərbi xidmət borcunu belə, yerinə yetirməyən icra başçısı müharibə veteranlarını, qaziləri və şəhid ailələrini eşitmək, onların problemlərilə maraqlanmaq nədi, onları heç görmək belə, istəmir.
Başçı cənab Prezidentin rayona ayırdığı sosial iş yerlərini rayonda olan MİS-lər, Yaşıllaşdırma idarəsi, 4 ərazi nümayəndəliyi və digər xidmət idarə, təşkilatları arasında bölüb. Əhalinin dediyinə görə, işsizləri işlə təmin etmək üçün ayrılmış bu yerlərin əmək haqqını başçı və idarə rəhbərləri öz yaxın adamlarının adına əmək haqqı kartı alıb, mənimsəyirlər...
Bir sözlə, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovu rayon əhalisi rəhbər kimi yox, rayondakı yaşıllıqları məhv edən, ağacları kəsib əraziləri satan, qanunsuz ev, obyekt tikənlərdən rüşvət alan rüşvətxor şəxs kimi tanıyır...