Transfer rekordu qırıla bilər: Fantastik məbləğ təklif olundu

Transfer rekordu qırıla bilər: Fantastik məbləğ təklif olundu
 

İngiltərə Premyer Liqasında transfer rekordu qırıla bilər.

"Çelsi" klubunun baş məşqçisi Maurisio Poçettino "Napoli"dən Viktor Osimheni heyətində görmək istəyir.

Nigeriyalı hücumçunun da London təmsilçisinə keçidə könüllü olduğun bildirilir. Xəbərdə İtaliya klubunun Osimhen üçün ən azı 100 milyon funt-sterlinq istədiyi qeyd olunub.

Belə ki, bu keçid reallaşsa, Enzo Fernandesin 106,8 milyon funt-sterlinqlik transfer rekordu qırıla bilər./Offsideplus.az

 

0.019674062728882