“Haber Global” Avropanın köklü xəbər kanallarını geridə qoydu...

“Haber Global” Avropanın köklü xəbər kanallarını geridə qoydu...
 

“Haber Global” yutub kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq böyük uğura imza atıb.

Ölkə.az xəbər verir ki, yutubun rəsmi ölçü tərəfdaşları “Social Blade” və “VidIQ”ya görə, “Haber Global” ən çox baxılan yutub kanalları siyahısının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 milyard baxışla yutub xəbər kanalları arasında Avropa üzrə birinci olub.

İkinci yerdə 1,116 milyard baxışla Britaniyanın köklü “Sky News” televiziyası qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” tamamlayır.

“Haber Global”ın sosial media meneceri Əli Ağırbaş yutubda kanallar arasında böyük rəqabət olduğunu vurğulayıb: “Türkiyənin və Avropanın ən çox baxılan kanalı olmaq bizim necə keyfiyyətli işlər gördüyümüzü göstərir. Bu uğuru istedadlı redaksiya heyəti, sosial media komandamız və xəbər mərkəzindəki redaktorlarımız təmin edirlər”.

Məlumata görə, “Haber Global” yutub kanalını Türkiyədən əlavə, ən çox izləyən ölkələr Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderlanddır. Fevralın 6-da Türkiyədə baş verən zəlzələləri, Rusiya-Ukrayna müharibəsi, 14-28 may prezident seçkilərini və İsrail-Fələstin hadisələri “Haber Global”dan izlənilib.

İki il əvvəl yutubda ən çox baxılan xəbər kanalı adını alan “Haber Global”ın artıq iki milyondan çox abunəçisi var.

“Haber Global”ın bu uğurunu bütün komanda birlikdə qeyd edib.

 

0.017754793167114