Zaqatalada DƏHŞƏT: Gəlinin asılmış meyidi tapıldı
Zaqatalada intihar baş verib.
Paralel.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Çardaxlar kəndində qeydə alınıb.
Kənd sakini, 31 yaşlı Aygün Qurbanova yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asıb.
Məlumata görə, Aygün Qurbanova ailəli olub. Onun son günlər depressiyaya düşdüyü bildirilir.
Aygün Qurbanovanın asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İntiharın səbəbləri dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.