Bunun müzakirəsi tarixi hadisə və ədalətin təntənəsidir - Siyavuş Novruzov

Bunun müzakirəsi tarixi hadisə və ədalətin təntənəsidir - Siyavuş Novruzov
 

“Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi hadisədir. Bu gün həmin ərazilərin vaxtilə dəyişdirilməsi ilə əlaqədar addımları da müzakirə edəcəyik”.

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir”. 

Komitə sədri nə qədər sahənin Ağdərə rayonunun inzibati ərazisinə daxil ediləcəyini açıqlayıb:

“Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə veriləcək".

Mürtəza
Ölkə.Az

 

0.013670921325684